18 oktyabr 2011 12:16
Mirça Rednikin illik qazancı açıqlandı
Rumıniya mətbuatı bu ölkənin məşqçilərinin illik qazancını müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik ən çox qazanan rumın mütəxəssislər arasında ilk üçlükdə yer alır.
Belə ki, “ağ-yaşıllar”ın çalışdırıcısı bir ilə 400 000 avro qazanır. O, bu mənada yalnız Ukraynanın “Şaxtyor” klubunun baş məşqçisi Mirça Luçesku (3 500 000) və Rusiya “Kuban”ının çalışdırıcısı Dan Petreskudan (1 500 000) geri qalır. (Adevarul)
