18 oktyabr 2011 00:48
Şahin Diniyev üçün Terek və Dinamo
Azərbaycanda ilk dəfə təşkil olunan PRO kateqoriyalı məşqçi kursları davam edir. Azerisport.az xəbər verir ki, sözügedən kurslarda iştirak edən futbol üzrə yığma komandamızın sabiq baş məşqçisi Şahin Diniyev də hazırda təcrübə keçəcəyi klub axtarışındadı.
Mümkün variantlar arasında Rusiyanın “Terek” klubu var. Hansı ki, Diniyev vaxtilə məhz sözügedən Qroznı təmsilçisində xeyli müddət çalışıb.
Digər variant isə Kiyev “Dinamo”sudu. Ukrayna klubunda təcrübə keçmək istəyində olan digər məşqçimiz isə “Neftçi”nin sabiq çalışdırıcısı Arif Əsədovdu. Yəni mümkündü ki, hər iki məşqçimiz eyni vaxtda Kiyev təmsilçisinin düşərgəsində bir həftəlik təcrübədə olsun.
