19 oktyabr 2011 13:16
Azərbaycan yığması 20 pillə gerilədi
FİFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan millisi yeni siyahıda 117-ci sırada qərarlaşıb.
Belə ki, Berti Foqtsun komandası öncədən də gözlənildiyi kimi, 20 pillə geriləyib və hesabından da 94 xal silinib. Buna isə sonuncu Avstriya və Türkiyə ilə oyunlardakı məğlubiyyətlər səbəb olub.
AÇ-2012-nin seçmə mərhələsindəki rəqiblərimiz arasında Azəbaycan yığması yalnız Qazaxıstanı qabaqlaya bilib. Miroslav Beranekin komandası 235 xalla 129-cu sırada qərarlaşıb. Digər rəqiblərimizə gəlincə, vəziyyət belədi: Almaniya (1352 xalla üçüncü), Türkiyə (803 xalla 26-cı), Belçika (670 xalla 37-ci) və Avstriya (458 xalla 72-ci).
DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimizə gəlincə, orda da sadəcə Lüksemburqu qabaqlayırıq. Bu komanda 263 xalla 118-ci sıradadı. Qrupumuzun favoritlərindən olan Portuqaliya 1044 xalla 8-cidi. Rusiya 975 xalla 13-cü sırada qərarlaşıb. İsrail 669 xalla 38-ci yerdə gedir. Şimali İrlandiya isə 421 xalla 84-cüdü.
İlk onluq isə belədi: İspaniya (1624), Hollandiya (1425), Almaniya (1352), Uruqvay (1230), Braziliya (1144), İtaliya (1135), İngiltərə (1101), Yunanıstan (1044), Portuqaliya (1044), Argentina (1030).
Növbəti reytinq siyahısı noyabrın 23-də açıqlanacaq.
