19 oktyabr 2011 13:25

AFFA Vaqif Cavadovu cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda bir müddət öncə yığmadan imtina edən Vaqif Cavadovun məsələsinə baxılıb.
 
Aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb:
 
Azərbaycan “A” milli komandasının baş inzibatçısı  İslam Abbasovun İntizam Komitəsinə təqdim etdiyi məlumata əsasən qərara alınır:
 
1. Vaqif Cavadov 1 (bir) il müddətinə Azərbaycan milli komandasının heyətindən kənarlaşdırılsın (AFFA-nın İntizam Komitəsinin Əsasnaməsi, maddə 2, bənd 2,4).
 
2. Vaqif Cavadov Azərbaycan Premyer Liqasında çıxış edəcəyi təqdirdə,  AFFA-nın İntizam qaydalarına uyğun olaraq, 5 təqvim oyunundan kənarlaşdırılsın, klubu isə 5000 (beş min) manat cərimə olunsun (maddə 79).
 
3. Milli komandanın əvvəlcədən planlaşdırılan seleksiya xarakterli toplanışına dəvət olunan Rəşad Abdullayev  toplanış vaxtı millinin baş məşqçisinə müraciət edərək toplanışda  iştirak etmək istəmədiyini bildirib. Buna görə futbolçunun bu hərəkəti ilə bağlı “Neftçi” klubunun rəhbərliyinə  məktub ünvanlansın (AFFA-nın İntizam Komitəsinin Əsasnaməsi, maddə 2, bənd 2,4).
 
Qeyd: Vaqif Cavadovun milli komandada çıxış etməsi ilə bağlı məsələyə millinin baş məşqçisinin müraciəti əsasında yenidən baxıla bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.