19 oktyabr 2011 14:38
Əfran İsmayılovdan Vaqif Cavadova dəstək
Futbol üzrə yığma komandamızın yarımmüdafiəçisi, “Qarabağ”ın aparıcı üzvlərindən olan Əfran İsmayılov AFFA İntizam Komitəsinin Vaqif Cavadov barədə qərarını şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Vaqif yaxşı futbolçudu. O, həmişə yığmaya kömək edib. Onun yığmadakı yeri görünəcək, çatışmazlığı hiss olunacaq. Amma daha AFFA-nın qərarı qəbul olunub və heç nə etmək olmaz. Bütöv bir il yığmadan kənarda qalmaq təbii ki, həddən artıq çoxdu”.