19 oktyabr 2011 14:55
Baş məşqçi danışılmış oyunlara görə intihar etdi
Cənubi Koreyanın "Sanqmu Finiks" klubunun sabiq baş məşqçisi Li Su Çul intihar edib. Azerisport.az xəbər verir ki, buna səbəb çalışdırıcının danışılmış oyunlarda ittiham olunmasıdı.
Təxminən 3 ay öncə danışılmış oyunlarla əlaqədar həbs olunan və daha sonra icbari iş kəsilən Li Su Çul evində ölü vəziyyətdə tapılıb. Bu mövsüm Cənubi Koreyada danışılmış oyunlarla əlaqədar 50 futbolçu və bir neçə məşqçi istintaqa cəlb olunub.
