19 oktyabr 2011 15:06
Yığmamızın seçmə mərhələdəki ən yaxşı oyunu müəyyənləşdi
Futbol üzrə Azərbaycan yığmasının AÇ-2012-nin seçmə mərhələsindəki ən yaxşı oyunu müəyyənləşib. Azerisport.az “sizcə, yığmamızın AÇ-2012-nin seçmə mərhələsindəki ən yaxşı oyunu hansı oldu” sualı ilə müraciət etdiyi oxucularının yekun rəyini açıqlayır.
Beləliklə, oxucularımız belə hesab edir ki, Türkiyə ilə ev oyunu seçmə mərhələdəki ən uğurlu matçımız olub. 1:0 hesablı qələbəyə sevindiyimiz görüşə sorğuya qatılanların tən yarısı (50 faiz və ya 210 səs) səs verib. Qazaxıstanla ev oyunumuz da (3:2) xüsusi fərqləndirilənlər arasındadı.
Avstriya ilə ev və səfər, həmçinin Belçika ilə Brüsseldəki qarşılaşmalarımız isə ən uğursuz oyunlar kimi dəyərləndirilib.
|
Rəqib
|
meydan
|
hesab
|
faiz/səs
|
|
Türkiyə
|
ev
|
1:0
|
50% (210)
|
|
Qazaxıstan
|
ev
|
3:2
|
27% (113)
|
|
Almaniya
|
ev
|
1:3
|
6% (23)
|
|
Belçika
|
ev
|
0:0
|
6% (23)
|
|
Türkiyə
|
səfər
|
0:1
|
4% (17)
|
|
Almaniya
|
səfər
|
1:6
|
3% (11)
|
|
Qazaxıstan
|
səfər
|
1:2
|
2% (9)
|
|
Avstriya
|
ev
|
1:4
|
1% (4)
|
|
Belçika
|
səfər
|
1:4
|
1% (3)
|
|
Avstriya
|
səfər
|
0:3
|
1% (3)
|
