19 oktyabr 2011 15:36
Qarabağ Zaqatalaya itkilərlə yollandı
Premyer Liqanın 10-cu turu çərçivəsində “Simurq”un qonağı olacaq “Qarabağ” Zaqatalaya yollanıb. Azerisport.az xəbər verir ki, komanda bu gün Suraxanı qəsəbə stadionunda məşq edib. Günorta yeməyindən sonra isə yola çıxıb.
Axşam Zaqatalada məskunlaşacaq Ağdam təmsilçisi sabah oyunun keçiriləcəyi stadionda məşqə çıxacaq. Onu da qeyd edək ki, komanda bu oyuna tam heyətlə getməyib. Zədə səbəbindən Emin İmaməliyevlə Nderim Nedzipi şimal bölgəsinə aparılmayıb. Əvəzində eyni səbəbdən `Rəvan`la oyunu buraxan Qara Qarayev komandayla birgə Zaqatalaya yollanıb.
“Simurq” – “Qarabağ” oyunu oktyabrın 21-də saat 17:00-da başlayacaq.
