19 oktyabr 2011 16:00

Rəşad Sadıqov: Vaqif Cavadov komanda qarşısında üzr istəməlidi

Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov azerisport.az saytının suallarını cavablandırıb.
 
- Yığmamızın AÇ-2012-nin seçmə mərhələsindəki çıxışını necə qiymətləndirirsiz?
- Birmənalı qiymət vermək çətindi. Mən nəticələrə tənqidi yöndən yanaşa bilmərəm. Amma təriflənəsi də nəsə yoxdu. Yaxşı oyunlarımız da vardı, pis oyunlarımız da. Ən acınacaqlı məğlubiyyətlərimiz Qazaxıstanla (1:2) Avstriyaya yenilgilər (1:4) oldu. Amma Qazaxıstan (3:2) və Türkiyə (1:0) üzərindəki qələbələri aktivimizə yazmaq olar. Baxmayaraq ki, potensialımız daha yaxşısına imkan verirdi.

- 10-15 il sonra bu tsikldən nəyi xatırlaya bilərik?
- Zənnimcə, bu tsikli xatırlayanda onun nə qədər uğursuz olmasından danışacağıq. Ümid edirəm ki, artıq o vaxt 20 xal toplamaq gücündə olacağıq və final mərhələsinə vəsiqə uğrunda mübarizə aparacağıq. Amma belə, Türkiyə üzərində qələbə bizim üçün yaddaqalan oldu.
 
- Vaqif Cavadovla bağlı yaranan vəziyyətə sizin münasibətiniz necədi?
- Şübhəsiz ki, Vaqif yığmada vacib fiqurlardandı. Onsuz çox çətin olacaq. Mən ona haqq qazandırmaq istəmirəm. Çünki o, düzgün etmədi. O, başa düşməlidi ki, səhvə yol verib və komanda qarşısında üzr istəməlidi. Növbəti tsikldə o, işimizə çox yaraya bilər.
 
- Kapitan kimi niyə onun belə səhvə yol verməsinə mane olmadınız?
- Əgər bilsəydim ki, o, belə edəcək, imkan verməzdim. Başa salardım. O, bunu heç kimə demədən edib. Halbuki, komandada daha yaşlı, təcrübəli futbolçular var idi, onlarla məsləhətləşmək olardı.
 
- Komandamızdan növbəti tsikldə nə gözləyə bilərik?
- Hər şeyin necə alınacağını indidən demək çətindi. Bizdə hər cür şərait var. Təkcə oynamaq qalır. Hər halda komandada daha yaxşı çıxış etməyə imkan verən potensial var.
 
- Əgər köhnə və yeni rəqiblərimizi müqayisə etsək, hansı qrup daha çətindi?
- Növbəti tsikl daha asan olmalıdı. Lüksemburq Qazaxıstan deyil. Şimali İrlandiya Avstriya deyil. Portuqaliya da Almaniyadan güclü deyil.

- Qarşıdakı turda “Qarabağ”ı “Simurq”la oyun gözləyir. Bu oyundan nə gözləyirsiz?
- “Simurq” son turlarda “Neftçi” və “Xəzər Lənkəran”a məğlub olsa da, hər ikisindən xal almağa çox yaxın idi. Bizi də bu komandayla çox çətin oyun gözləyir. Amma qələbə qazanmalıyıq.
 
- Yeri gəlmişkən, Leandro Roşa ilə danışmısızmı? Axı o, “Rəvan”la oyunda qələbə qazanmamağınızın bəlkə də əsas səbəbkarlarından oldu...
- Bu, artıq baş məşqçinin işidi. O, yaxşı futbolçudu. Həmin oyunda da özünü pis göstərmədi. Amma qol vəziyyətləri zamanı daha ciddi olsaydı, debütantı asanlıqla məğlub edəcəkdik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.