19 oktyabr 2011 16:14
"Azərbaycandan bir milyon dollarla qayıtdım"
“Turan”ın sabiq futbolçusu Asen Nikolov maraqlı açıqlama ilə çıxış edib. Azerisport.az xəbər verir ki, bolqarıstanlı futbolçu Azərbaycan klublarında oynadığı dövrdəki qazancını açıqlayıb:
“Azərbaycanda mən yaxşı maaşa oynayırdım. Məsələn, 700 000 dollara. Mən ordan bir milyon dollarla qayıtdım”.
“Azərbaycanda mən yaxşı maaşa oynayırdım. Məsələn, 700 000 dollara. Mən ordan bir milyon dollarla qayıtdım”.
Xatırladaq ki, 1976-cı ilə təvəllüdlü Nikolov “Turan”dan (2005/06 mövsümü) əlavə, “Bakı”da (2007/08) və “Qəbələ”də (2008) çıxış edib. Görünür, elə yüksək məbləği də məhz son iki klublarımızda çıxış edərkən qazanıb. Hər halda Tovuz klubu son illərdə o qədər də yaxşı maliyyə imkanına malik deyil ki, hansısa futbolçuyla 700 000 dollarlıq müqavilə imzalasın.
