19 oktyabr 2011 17:27
Vaqif Cavadov rusiyalı gözəllərə qol vura bilmədi
Rusiyanın “Volqa” futbol klubu “Miss Nijni-Novqorod-2011” 16-cı regional gözəllik müsabiqəsinin iştirakçıları ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, görüşdə Azərbaycan millisindən 1 il müddətinə kənarlaşdırılmış Vaqif Cavadov da iştirak edib.
Şou xarakterli görüş 5:5 hesablı heç-heçə ilə nəticələnib. Cavadov komandasının vurduğu qollardan heç birinin müəllifi olmayıb.
