19 oktyabr 2011 18:25
Amit Quluzadə də komandasına qələbə qazandıra bilmədi
Türkiyə Bank Asya birinci liqasında 7-сi turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, sözügedən çempionatda mübarizə aparan millimizin üzvü Amit Quluzadənin komandası - “Kayseri Erciyesspor” da bu gün növbəti oyununu keçirib.
21 yaşlılardan ibarət yığmamızın yarımmüdafiəçisi turnir cədvəlinin aşağı sıralarında qərarlaşan “İstanbul Güngörenspor”la qarşılaşmanın iştirakçısı olub. Tərəflərin səylərinə baxmayaraq, oyunda hesab açılmayıb.
Həmyerlimiz əvvəlki görüşlərdə olduğu kimi, bu dəfə də start heyətdə meydana çıxıb. Lakin Quluzadə qarşılaşmanın 55-ci dəqiqəsində əvəzlənib.
Bu nəticədən sonra “Kayseri Erciyyespor” ikinci pillədəki yerini itirib. Hazırda bu komanda 13 xalla 3-cü pillədə qərarlaşıb.
