19 oktyabr 2011 11:26

Georgi Lomaya: Biz çempionluğa gedirik

“İnter”in qapıçısı Georgi Lomaya Premyer Liqanın 9-cu turunun “Neftçi” ilə oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb. O, 1:0 hesabıyla qələbə qazandıqları səfər matçından sonra öncə bunları dilə gətirib:

- Biz öz taktikamızla, oyunumuzla göstərdik ki, qələbəyə layiqik. Bizə nəticə lazım idi. Buna da nail olduq. Meydanda sona kimi döyüşüb, istəyimizə nail olduq.
 
- Amma komandanız ehtiyatlı oynamağa, vaxt öldürməyə daha çox diqqət ayırırdı...
- Biz son ölkə çempionuna qarşı oynayırdıq. Özü də onun meydanında. Hara tələsi idik ki? Özü də belə qazonda oynamaq hamıya çox çətin idi. Xüsusilə də, biz süni örtüyə alışdığımızdan burda oynamaq daha da çətin idi.
 
- Belə görürük ki, hətta heç-heçə də sizi qane edəcəkdi...
- Biz ancaq qələbəyə oynayırdıq. Amma “Neftçi” ilə səfərdə heç-heçə də istənilən komanda üçün pis nəticə sayılmamalıdı.
 
- Son turda “Xəzər Lənkəran”a da eyni aqibəti yaşatmışdız...
- Hər şey qanunauyğundu. “İnter” bu qələbələrə layiq idi. Biz iki il öncə çempion olanda da oxşar ssenari var idi. Əgər yenidən ən yaxşı olmağı istəyiriksə, hamını məğlub etməliyik.
 
- Özünüzü çempionluğa hazırlayırsız?
- Çempionluğa gedirik. Amma çətin olacaq. Premyer Liqada güclü komandalar çoxdu.
 
- Növbəti turda sizi “Qəbələ” gözləyir...
- “Qəbələ” bu mövsüm yüksəlişdədi. Bu oyun da “Xəzər Lənkəran” və “Neftçi” ilə qarşılaşmalardan fərqlənməyəcək. Ciddi hazırlaşacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.