19 oktyabr 2011 11:43
Mirça Rednik yubileyə hazırlaşır
Premyer Liqanın 10-cu turu “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik üçün əlamətdar olacaq. Azerisport.az xəbər verir ki, komandası tarixində 50-ci dəfə rumıniyalı mütəxəssisin rəhbərliyi altında meydana çıxacaq.
2010-cu ilin yayından “Xəzər Lənkəran”a rəhbərlik edən Rednik Premyer Liqa, kubok və Avroliqa görüşlərində üst-üstə 49 matçda iş başında olub. Çalışdırıcının yubiley görüşü isə “Bakı” ilə səfər qarşılaşmasına təsadüf edəcək.
Qeyd edək ki, Rednik bu komandada ötən il avqustun 7-də “Qəbələ” ilə ev oyununda debüt edib və 1:0 hesablı qələbəyə sevinib.
O Q H M QF X
2010/11 Çempionat - I mərhələ 22 14 5 3 28-12 47
Çempionat – II mərhələ 10 2 7 1 10-6 13
Kubok 6 3 2 1 11-8 11
2011/12 Avropa Liqası 2 0 1 1 1-3 1
Çempionat 9 7 1 1 14-5 22
Cəmi 49 26 16 7 64-34 94
Çempionat 41 23 13 5 52-23 82
Kubok 6 3 2 1 11-8 11
Avropa Liqası 2 0 1 1 1-3 1
