19 oktyabr 2011 12:11
Qarabağda istefa və yeni təyinat
“Qarabağ”ın uşaq futbolunun idarə sistemində dəyişiklik baş verib. Azerisport.az xəbər verir ki, artıq 2 ildi “Qarabağ” uşaq futboluna nəzarət edən Hemdi Serpil Tüzün şəxsi problemlər səbəbindən vəzifəsindən ayrılıb.
Onun yerinə uşaq futbolunun inkişafına rəhbər olaraq Uğur Kulaksız təyin edilib. “Kayserispor”un əfsanələrindən sayılan, “sarı-qırmızılar”ın uşaq futbolunun inkişafında böyük rol oynayan Uğur Kulaksız artıq “Qarabağ”ın uşaq futbolunun inkişafı üçün çalışacaq.
O, hədəfləri barədə qısaca danışıb: “Qarabağ” kimi camiədə çalışmaq qürurvericidi. Çalışacam ki, “Qarabağ” ruhuna uyğun olaraq əlimdən gələnin ən yaxşısını edim”.
