19 oktyabr 2011 00:08
Maksim Medvedev: O oyunda 5:0 qalib gəlməliydik
“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Premyer Liqanın 9-cu turunun “Rəvan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun müdafiəçisi 1:1 hesablı heç-heçə ilə bağlı bunları dilə gətirib:
“Bu oyunda bizim qətiyyən bəxtimiz gətirmədi. Biz əlimizə düşən qol vəziyyətlərindən lazımınca yararlana bilmədik. Özü də bir yox, iki yox, daha çox qol vəziyyətlərimiz oldu. Əgər həmin vəziyyətləri dəyərləndirə bilsəydik, hesab 5:0 olardı. Hətta elə qol epizodları vardı ki, cəmi bir neçə metrdən tora düşə bilmədik. Fikrimcə, bu oyunda çox yaxşı təsir bağışladıq. Amma uğur qətiyyən bizim tərəfimizdə deyildi”.