20 oktyabr 2011 13:18
Millimizin üzvü: Rusiya yığmasından dəvət gözləyirəm
Futbol üzrə 19 yaşadək Azərbaycan yığmasının və Rusiyanın “Volqa” klubunun gənclərdən ibarət komandasının müdafiəçisi Nijni Novqorod klubunun rəsmi saytına müsahibə verib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
- Şamil, Azərbaycan yığmasıyla İsveçdəki seçmə mərhələ oyunlarınızdan sonrakı əhval-ruhiyyəniz necədi?
- Çox yaxşı. Skandinaviyada bizim elit raunda yüksəlmək üçün real şansımız vardı. Amma futbol tanrısı bizə mane oldu. Biz İtaliya ilə həlledici oyunun 93-cü dəqiqəsində bəxtsiz bir qol buraxdıq. Bu üzdən də mübarizəni dayandırmalı olduq. Şadam ki, digər ölkələrin komandalarına qarşı oynamaq imkanı qazandım.

- Azərbaycan millisi ilk oyununda meydan sahibi olan İsveç üzərində qələbə qazandı. Bu, nə dərəcədə gözlənilməz alındı?
- Azərbaycanda heç kim inanmırdı ki, biz bu oyunlardan hansındasa qələbə qazana bilərik. Amma biz belə nəticəyə imza atmaqla sensasiya etməyi bacardıq. Biz hələ oyundan öncə də müsbət nəticə qazanacağımıza inanırdıq. Bu yaşda istənilən rəqibə qarşı oynamaq olar. Düzdü, ilk yarıda meydan sahibləri bizi qapımıza sıxışdırmışdı. Amma fasilədən sonra üstünlüyü ələ aldıq və layiqli qol vurduq. Özü də mən klubdakı kimi müdafiədə yox, cinah yarımmüdafiəçisi kimi oynayırdım. Fikrimcə, hər şey heç də pis alınmadı.
- Bəs İtaliya ilə oyunda nə baş verdi?
- Hakim bizim qapıçını artıq 11-ci dəqiqədə meydandan qovdu. Oyunun vacibliyini nəzərə alsaq, kifayət qədər mübahisəli vəziyyət idi. Fasilədə baş məşqçi dedi ki, pressinq etmək, həvəsdən düşməmək lazımdı. Komanda hətta 10 nəfərlə də yaxşı müdafiə olunurdu, qol vurduq. Heç vaxt inanmazdım ki, sonda elə qol buraxarıq. Çox acınacaqlı aqibət idi. Amma fikrimcə, biz yenə də İsveçə turist qismində getmədiyimiz göstərdik. Baş məşqçimiz də bizim oyunumuzla fəxt etdiyini bildirdi.

- Federasiya sizin bu nəticənizi necə qiymətləndirdi?
- Dəqiq bilmirəm. Amma çətin ki, futbol məmurları bundan razı olsunlar. Çünki növbəti mərhələyə vəsiqə qazana bilmədik. Müsbət fikir gözləməyə də dəyməzdi. Axı heç kim bizim necə oynadığımızı görməmişdi...
- Bu yığmanın perspektivini necə qiymətləndirərdiz?
- Bizə sadəcə oyun təcrübəsi çatmırdı. Amma komandanın səviyyəsi heç də pis deyildi. Baxmayaraq ki, fərdi hazırlıq çox fərqlidi. Güclü futbolçular da var. Məsələn, mərkəz yarımmüdafiəçisi və mərkəz müdafiəçisi. Uşaqlar Azərbaycan Premyer Liqasında çıxış edirlər, yaxşı təcrübəyə malik idilər.
- Siz öz gələcək karyeranızla bağlı seçiminizi etmisiz?
- İndi məni Azərbaycanın olimpiya yığmasına (U-21) çağırırlar. Ola bilsin ki, yoldaşlıq oyunlarında çıxış edim. Doğulduğum ölkənin – Rusiyanın yığmasında çıxış etmək istəyirəm. Mən çox minnətdaram ki, Azərbaycan yığmasından belə diqqətə layiq görüldüm. Bu komandaya kömək etmək də xoşdu. Amma gələcəklə bağlı dəqiq nəsə deyə bilmərəm. Əlbəttə, dəqiq seçim olsa, valideynlərimlə məsləhətləşməli olacağam. Amma Rusiya yığmasından dəvət gözləmək istəyirəm.