20 oktyabr 2011 13:38

“O iki oyunda 10 qol vurmalıydıq”

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev azerisport.az saytına müsahibəsində komandasının qarşıdan gələn “Simurq”la oyunundan, eləcə də komandasının durumundan danışıb. O, öncə bunları dilə gətirib:

“Həqiqətən də zaqatalalılar son turlarda çox artırıblar. Baxmayaraq ki, bu, onların xal ehtiyatında o qədər də hiss olunmur, bunu hamı bilir. Ümumiyyətlə, “Simurq” da “Rəvan” kimi sürpriz komandadı. Onlardan hər şey gözləmək olar. Ona görə də biz bu oyunda hər şeyə hazır olmalıyıq. Xal itirməməliyik. Zaqatalaya ancaq qələbə üçün gedirik”.
 
Medvedev komandasının yaratdığı çoxsaylı qol vəziyyətlərindən yararlana bilməməsinə də münasibətini açıqlayıb: “Özüm də bilmirəm, bunun səbəbi nədi. Artıq neçənci oyundu ki, belə problemlərlə üzləşirik. Top sadəcə, tora getmək istəmir. “Sumqayıt Şəhər”lə oyunda da beləydi, “Rəvan”la oyunda da elə oldu. Əgər hamısını hesablasaq, bəlkə də bu oyunlarda 10 qol vurmağa borcluyduq”.
 
Maksim “Rəvan”la oyundan sonra meydan sahiblərinin braziliyalı futbolçusu Reys Klaudineylə bağlı yaranan qalmaqala da toxunub: “Mən özüm onu görməmişəm. Amma sonradan dedilər ki, futbolçu azarkeşlərə xoşagəlməz jest edib. Əgər bu, olubsa, çox pisdi. Fikrimcə, futbolçu özünü elə aparmamalıdı. Xüsusilə də, “Qarabağ” azarkeşləri qarşısında. Buna qətiyyən haqq qazandırmaq olmur. Hətta legioner də olsa, oynadığı ölkənin mentalitetinə bələd olmalıdı”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.