20 oktyabr 2011 13:52
Türkiyə - Xorvatiya matçının yeri və vaxtı açıqlandı
Futbol üzrə Türkiyə və Xorvatiya yığmaları arasında AÇ-2012-nin pley-off mərhələsinin ilk oyunu “Türk Telekom Arena”da keçiriləcək. Azerisport.az xəbər verir ki, noyabrın 11-də baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:05-də çalınacaq.
Noyabrın 15-də Xorvatiyada təşkil olunacaq cavab görüşünün yeri və vaxtı hələ məlum deyil.
