20 oktyabr 2011 01:45
Amit Quluzadə yenə komandasının ən zəifləri arasında
Türkiyə mətbuatı yığma komandamızın yarımmüdafiəçisi Amit Quluzadənin Bank Asya birinci liqanın son turundakı çıxışını qiymətləndirib. Azerisport.az xəbər verir ki, səfərdə “İstanbul Güngörenspor”la qarşılaşmanın iştirakçısı olan “Kayseri Erciyesspor”un üzvü aşağı qiymət almasıyla diqqət mərkəzinə düşüb.
Türklər Amitin çıxışını 3 balla qiymətləndiriblər. Quluzadə ilə yanaşı Kayseri təmsilçisinin daha 3 futbolçusu eyni qiymətə layiq görülüb. “Erciyesspor”un ən yaxşısı isə Gökhan Kaba olub – 7 bal.
Xatırladaq ki, Amit bu oyunun start heyətində meydana çıxıb və 55-ci dəqiqədə əvəzlənib. Qarşılaşma isə 0:0 başa çatıb.
Kayseri Erciyesspor: Ferhat - 5, Fatih - 5, Cemil - 5, Serkan - 5, Emrah - 5 (Cenk, 72) - 3, Amit Quluzadə - 3 (Vassva, 55) - 3, Kemal - 5, Metin - 5 (Posinkoviç, 56) - 4, Davut - 5, Hanni - 5, Gökhan – 7.
