20 oktyabr 2011 14:23
Trabzonsporlu oyunçu: Onun qapımıza 2 qol vurmasına sevindim
Türkiyənin “Trabzonspor” klubunun futbolçusu Didye Zokora şok açıqlama ilə çıxış edib. Azerisport.az xəbər verir ki, komandanın Fil dişi Sahillərindən olan ulduz müdafiəçisi UEFA Çempionlar Liqasının qrup mərhələsinin Rusiya CSKA-sı (Moskva) ilə səfər matçında 0:3 hesablı darmadağından danışarkən Seydu Dumbiyanın dubla imza atmasına sevindiyini dilə gətirib:
“Matçdan öncə “Trabzonspor”lu futbolculara Fil dişi Sahilləri yığmasından dostum olan Dumbiya barədə çox danışmışdım. Çünki o, çox sürətli və güclü bir oyunçudu. Dumbiyanı saxlamağa çox çalışdım. Amma həmyerlimi saxlaya bilmədim. İki qol vurmasına çox sevindim. Bu, eyni zamanda yığmamız üçün də sevindirici bir haldı. CSKA-da Vaqner Lav və Dumbiya çox yaxşı oynadılar və bizim zəif cəhətlərimizdən yaxşı yararlandılar”.