20 oktyabr 2011 15:06
Avropa çempionatı siqaretsiz keçiriləcək
UEFA 2012-ci ildə Polşa və Ukraynanın birgə təşkil edəcəyi futbol üzrə Avropa çempionatı ilə bağlı daha bir maraqlı qərar qəbul edib. Azerisport.az xəbər verir ki, qitə futbol qurumu bu möhtəşəm turnirin oyunları zamanı siqaret və tütün məhsullarının istifadəsini qadağan edib.
Bu gün çıxarılan qərarda AÇ-2012-nin oyunlarının keçiriləcəyi stadionlarda siqaret və tütün məhsuallarının satışı və reklam olunmasına qadağa qoyulduğu bildirilir. Bununla UEFA futbol və sağlam həyat tərzi arasındakı vəhdəti nümayiş etdirməyi hədəfləyir.
UEFA prezidenti Mişel Platini bu qərarla bağlı açıqlamasında bunları dilə gətirib: “Siqaretsiz - AÇ-2012: bu azarkeşlərimizin sağlamlığına hörmətdi. Bizim üçün ən nüfuzlu olan bu turnirdə yüksək sağlamlıq standartlarını, təhlükəsizliyi və komfortu dəstəkləyirik. Siqaret isə bu standartlara daxil deyil”.
