20 oktyabr 2011 16:38

Mahmud Qurbanov: 9 oyuna 3 xal anormaldı

“Sumqayıt Şəhər”in yarımmüdafiəçisi Mahmud Qurbanov azerisport.az saytına müsahibəsində komandasının çıxışını, cari mövsümü və Vaqif Cavadovla bağlı yaranan qalmaqlı müzakirə edib.
 
- Qarşıda sizi “Turan”la səfər oyunu gözləyir...
- Bizi çox çətin oyun gözləyir. Çünki “Turan” bizi öz meydanında qəbul edir. Bu, bizim işimizi daha da çətinləşdirir. Amma buna baxmayaraq, çalışacağıq ki, yaxşı oyun sərgiləyək və müsbət nəticə qazanaq.

- Komandanızın cari mövsümkü çıxışını necə qiymətləndirirsiz?
- Fikrimcə, heç bir normal insan 9 tura 3 xal qazanmaqdan razı qala bilməz. Biz bütün imkanlarımızdan yararlanırıq ki, xal ehtiyatımızı artıraq. Yenə də deyirəm, 9 tura 3 xal anormaldı. Tovuza da ancaq xal qazanmaq üçün gedirik.
 
- Son turda keçmiş komandanıza - “Bakı”ya məğlub oldunuz...
- “Bakı” onsuz da güclü klubdu. Onlara qarşı oyunun böyük hissəsini azlıqda keçirmək isə işimizi daha da çətinləşdirdi. Düzdü, minimal hesabla uduzduq. Amma hansı hesabla uduzmağın mənası yoxdu, onsuz da xal qazanmırsan.
 
- Sizcə, “Sumqayıt Şəhər”in uğur qazanmasına nə mane olur?
- Məncə, komandada daha çox anlaşma səviyyəsi aşağıdı. Yəni xətlər arasındakı əlaqə o qədər də yaxşı deyil. Bu, qol vəziyyətlərini reallaşdırmağa da mane olur. Oyunun gedişində təhlükəli qol vəziyyətləri yaradırıq. Onların bəzilərini vurmağa sadəcə borcluyduq. Amma alınmır. Bəlkə də bu, uşaqların çoxunun gə nc və təcrübəsiz olmasından irəli gəlir.
 
- Sabah sizin sabiq klublarınız – “Bakı” və “Xəzər Lənkəran” üz-üzə gələcək...
- Şübhəsiz ki, çox prinsipial oyundu. Maraqlı qarşılaşma olacaq. Çünki hər iki klubun böyük ambisiyaları var. Mən özüm də bu oyuna baxmaq istəyirəm. Əgər belə imkanım olsa, mütləq baxacam. Hesab edirəm ki, tərəflərin şansları bərabərdi. Hər iki komanda qələbə qazana bilər. Hər halda oyun özü hər şeyi göstərəcək.

- Ötən gün AFFA Vaqif Cavadovu bir illik yığmadan kənarlaşdırdı. Sizin buna münasibətiniz necədi?
- Cavadovun məsələsi artıq xeyli müddətdi müzakirə olunur və hər bir söz deyir. Amma güman ki, Vaqifin özüylə Berti Foqtsdan başqa onların arasında nə baş verdiyini yaxşı bilən adam yoxdu. Hər halda yığmadan imtina etmək yaxşı deyil.
 
- Sizcə, bir il yığmadan kənar qalmaq çox deyil?
- DÇ-2014-ün seçmə mərhələsi bir il sonra – sentyabrda başlayacaq. Fikrimcə, 1 il elə də böyük müddət deyil. Onu növbəti tsikldən yığmaya çağırarlar. Deyə bilmərəm, növbəti tsikldə yığmamızın baş məşqçisi kim olacaq. Heç yeni baş məşqçinin gəlib-gəlməməsindən asılı olmayaraq da, Vaqifin bir il sonrakı aqibəti barədə heç nə demək mümkün deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.