20 oktyabr 2011 16:47
Ölkə kubokunun bütün oyunları eyni gündə və saatda
Futbol üzrə Azərbaycan kubokunun 1/16 final mərhələsinin oyunları 26 oktyabr tarixində keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Qeyd edək ki, ilk mərhələdən 10 komanda mübarizəyə qoşulacaq. Onlar tək oyundan ibarət bu mübarizədən 5 ən güclünü müəyyənləşdirməlidilər.
Yeri gəlmişkən qeyd edək ki, 1/16 final mərhələsinin bütün oyunları eyni gündə olmaqla yanaşı, həmdə eyni saatda - 14:00-da başlayacaq.
Azərbaycan kuboku
1/16 final mərhələsi
26 oktyabr (çərşənbə)
Şahdağ - Muğan
Qusar. Şövkət Orduxanov adına şəhər stadionu
Tərəqqi - Neftçala
Gəncə. Şəhər stadionu
Lokomotiv - Sumqayıt Şəhər
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu
Şuşa - Qaradağ Lökbatan
Bakı. "Şəfa" stadionu
Bakılı - Karvan
Bakı. "Şəfa" stadionu, IV meydança
