20 oktyabr 2011 17:00
Neftçi – Qarabağ matçının keçiriləcəyi vaxt dəqiqləşdi
Futbol üzrə Azərbaycan Premyer Liqasının 1-ci turunun təxirə salınmış "Neftçi" - "Qarabağ" oyununun keçirilmə vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, sözügedən qarşılaşma oktyabrın 25-də keçiriləcək. Matç İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq.
Premyer Liqa
1-ci turun oyunu
25 oktyabr (çərşənbə axşamı)
Neftçi - Qarabağ
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 15:00.
