20 oktyabr 2011 21:28

Şamil Qurbanov: Azərbaycan yığmasında oynamaq istəmədəyimi deməmişəm

Futbol üzrə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının, eləcə də Rusiyanın “Volqa” klubunun müdafiəçisi Şamil Qurbanov Rusiya yığmasına mümkün gedişi barədə ehtimallara münasibət bildirib. Bu gün Nijni Novqorod klubunun rəsmi saytına verdiyi müsahibədə Rusiya yığmasından dəvət gözlədiyini dilə gətirən futbolçu bizimlə söhbətdə bir qədər fərqli danışmağa çalışdı:

“Mənim sözlərimə niyə bu şəkildə reaksiya verildiyini anlamıram. Axı mən pis heç nə deməmişəm. Mən deməmişəm ki, Azərbaycan yığmasında oynamaq istəmirəm. Əksinə, həmişə, hər yerdə təsdiqləmişəm ki, AFFA-nın mənə dəvətindən çox şey qazanmışam. Mən Azərbaycan yığmasında oynamağımdan çox məmnunam. Ola bilsin ki, məni səhv başa düşüblər”.

Qurbanov etiraf edir ki, Rusiya yığmasından heç bir dəvət almayıb: “Məni Rusiya yığmasından heç kim çağırmayıb. Bu haqda danışmaq da tezdi. Əgər elə bir təklif alsam da belə, mənim qarşımda ciddi bir seçim etmək vəzifəsi dayanacaq. Hər halda fikirləşib, qərarımı verəcəm. Rusiya yığmasından təklif olmasa, təbii ki, Azərbaycan millisində çıxışıma davam edəcəm”.
 
“Volqa”nın futbolçusu komanda yoldaşı Vaqif Cavadovla bağlı duruma da toxunub və özünün eyni aqibətlə üzləşməsini istisna edib: “Vaqifə gəlincə, onun diskvalifikasıyası ilə mənim sözlərim arasında heç bir əlaqə görmürəm. Mən ancaq bu gün öyrənə bildim ki, Cavadovu diskvalifikasiya ediblər. Əlbəttə, təəssüfləndiricidi. O, yaxşı futbolçudu”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.