20 oktyabr 2011 11:16
Yığmamız almanlarla sülh bağladı
Almaniyada təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması daha bir yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, yığmamızın rəqibi “Eintracht” klubunun müvafiq yaş qrupundan ibarət komandası olub.
Frankfurt təmsilçisiylə qarşılaşma heç-heçəylə başa çatıb – 1:1. Komandamızın heyətində Kamran Nəcəfzadə fərqlənib.
