20 oktyabr 2011 11:38
PFL bir oyunun keçirilmə vaxtını dəyişdirdi
Birinci divizionun 7-ci turunun bir oyununun keçirilmə vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, “Energetik” klubu Peşəkar Futbol Liqasına məktub ünvanlayaraq 23 oktyabr 2011-ci il tarixində yeniyetmələr arasında Azərbaycan birinciliyinin zona yarışlarının keçirilməsi səbəbindən birinci divizionun 7-ci turunun “Energetik” – “Tərəqqi” matçının vaxtının dəyişdirilməsini xahiş edib.
Məhz yuxarıda göstərilənləri və hər iki klubun razılıq məktubunu nəzərə alaraq Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev yeni əmr imzalayıb. Əmrə əsasən “Energetik” – “Tərəqqi” matçı 23 oktyabr 2011-ci il tarixindən 22 oktyabr 2011-ci il tarixinə keçirilib.
