20 oktyabr 2011 12:53

Bakı - Xəzər Lənkəran: Rahidlə Rednik üçün xüsusi olacaq oyun

Premyer Liqanın 10-cu turunun açılış matçında “Xəzər Lənkəran” növbəti səfər oyununda paytaxtda “Bakı”nın qonağı olacaq. Azerisport.az xəbər verir ki, bu qarşılaşma açılış matçı olmaqla yanaşı, həm də turun mərkəzi oyunu sayılır.
 
Turnir cədvəlinə başçılıq edən “Xəzər Lənkəran” ötən tur evdə “Simurq” üzərində Semedonun qolu ilə minimal hesablı qələbə qazandı. İzləyicilərinin xal itirməsi nəticəsində komanda ilk pillədə bir qədər də möhkəmləndi və hazırda ikinci yerdə gedən “İnter”dən 5 xal irəlidədi. “Bakı” da ötən həftə hesabına bir qol və üç xal yazdı. Paytaxt klubu səfərdə “Sumqayıt Şəhər”i üstələyərək, 15 xal toplayıb və hazırda liderdən 7 xal geri qalmaqla dördüncü pillədə qərarlaşıb.
 
Qarşıdan gələn oyun “Xəzər Lənkəran”ın bu mövsüm beşinci səfər görüşü olacaq. Buna kimi oynanılan dörd matçın ikisində komanda qələbə qazanıb, bir dəfə heç-heçə edib, bir dəfə də məğlub olub. Bu oyunlarda vurulan beş qolun müqabilində, iki qol buraxılıb.
 
“Bakı” da evdə bu tura qədər dörd oyun keçirib. Bu oyunların ikisi qolsuz heç-heçə ilə yekunlaşıb, birində komanda məğlubiyyətə uğrayıb və bir dəfə qalib gəlib. Evdə bu mövsüm 5 qol buraxan “Bakı”, 3 dəfə rəqib qapısına yol tapıb və bu 3 qol bir oyunda vurulub.
 
Çempionatda “Kəpəz”lə yanaşı ən çox qol vuran “Xəzər Lənkəran” (14 qol), həmçinin “İnter”lə yanaşı qapısında ən az top görən tərəfdi (5 qol). Bununla da +9 top fərqi olan komanda, bu göstəriciyə görə də hazırda turnirin ən yaxşısıdı.
 
Növbəti oyun “Bakı” və “Xəzər Lənkəran” arasında Bakıda keçirilmiş 10-cu görüş kimi yadda qalacaq. Ötən mövsümlərə nəzər saldıqda, “ağ-yaşıllar”ın bu səfərdən ən çox bir xalla qayıtdığını görə bilərik – doqquz oyundan altısı heç-heçə başa çatıb. Daha bir dəfə bu komanda “Bakı”ya onun meydanında 3:0 hesabı ilə qalib gəldiyi halda, digər iki görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Bakıda keçirilən çempionat oyunlarında bu komandaların bir-birinə vurduğu qolların sayı da bərabərdi – 9:9.
 
Bu komandalar arasında çempionat çərçivəsində “Bakı”da keçirilən son oyun 0:0 hesabı ilə nəticələnmişdi. Bundan əlavə ötən mövsüm Azərbaycan Kubokunun yarımfinalı çərçivəsində bu komandalar üz-üzə gəlmişdi. Rəqib meydanında 2:1 hesabı ilə məğlub olmasına baxmayaraq, ümumi hesabda üstün olan “Xəzər Lənkəran” sonradan qələbə qazanacağı finala adlamışdı.
 
“Xəzər Lənkəran”ın heyətində ikinci ən çox oyun keçirən futbolçu Rahid Əmirquliyev “Bakı” ilə qarşılaşmada meydana çıxarsa bu onun komandanın formasında 165-ci matçı olacaq. Qarşıdan gələn görüş “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik üçün klubun baş məşqçisi postunda bütün yarışlarda 50-ci oyunu kimi də tarixə düşəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.