20 oktyabr 2011 00:45
Rəşad Abdullayev: Yığmadan imtina etsəydim, düşərgəyə getməzdim
“Neftçi”nin yarımmüdafiəçisi Rəşad Abdullayev azerisport.az saytına müsahibəsində Premyer Liqanın son turunda qeydə alınan “İnter”ə yenilgidən, eləcə də qarşıdan gələn “Kəpəz”lə görüşdən danışıb.
- “Kəpəz”lə qarşıdakı oyuna hazırlıqlar necə gedir?
- Gəncə səfərimiz asan olmayacaq. Məlum olduğu kimi, “Kəpəz”lə “Neftçi” arasındakı oyunların öz tarixi var və bu komandaların görüşləri həmişə prinsipiallığıyla seçilib. Əlbəttə, oyunun səfərdə keçirilməsi də əlavə bir çətinlikdi. Özü də hamı kimi, gəncəlilər də bizə qarşı ikiqat güclə oynayacaqlar. Amma istənilən halda biz Gəncəyə 3 xal üçün gedəcəyik.

- Gəncəlilərin son turda səfərdə “Qəbələ”yə uduzmasına baxmayaraq, cari mövsümdə heç də pis təsir bağışlamadığını yəqin ki, bilirsiz...
- Bəli, həqiqətən də belədi. Oyun planında onlar çox artırıblar. Özü də “Kəpəz” hücum futboluna üstünlük verir. Amma təbii ki, onların da çatışmayan cəhətləri var. Əgər öz oyunumuzu sərgiləyə bilsək, hər şey bizim üçün yaxşı olacaq.
- “İnter”ə məğlub olduğunuz qarşılaşma barədə nə deyərdiz?
- “Bankirlər”ə məğlubiyyət, təbii ki, bizə çox pis təsir etdi. İndi tamamilə “Kəpəz”lə oyuna köklənmişik. Özümüzə gəlməli, qarşıdakı oyunda müsbət nəticəyə nail olmalıyıq. Fikrimcə, “İnter”ə məğlubiyyət bizim üçün dərs oldu və hamı bu yenilgidən nəticə çıxarıb.

- “Neftçi” bu mövsüm heç də sabit oyun sərgiləmir. Sizcə, niyə?
- Mən deməzdim ki, biz pis oynayırıq. İndi Azərbaycanda hər bir komanda istənilən rəqibinə qarşı xüsusi köklənə bilir. Məsələn, son turda “Xəzər Lənkəran” bəxt sayəsində “Simurq”a qalib gələ bildi. Eyni şeyi bizim “İnter”lə oyunumuza da aid etmək olar. Əlbəttə, sabitlik lazımdı. Amma bütün mövsüm boyu sabit oynamaq çətindi. Çalışırıq ki, az məğlubiyyətlə üzləşək. Əsas nəticədi. Hətta pis oyunla da gəlsə.
- AFFA İntizam Komitəsi sizin və Vaqif Cavadovun yığmadan imtina etməsinə baxıb, müfaviq qərarlar çıxardı. Bu məsələyə münasibətinizi bilmək istərdik...
- Mən onda yığmaya çağırılanda səhər tezdən düşərgədə oldum və Berti Foqtsla söhbət etdim. Başa saldım ki, zədədən yenicə qayıtmışam. Yəni məndən yığmaya heç bir fayda gəlməyəcək. Amma sonradan AFFA-nın saytında yazdılar ki, guya mən yığmadan imtina etmişəm. Bilirsiz, mən yığmadan imtina etsəydim, heç millinin düşərgəsinə getməzdm. O vaxt vəziyyətimi klubda da hamı yaxşı bilirdi.
- Sizlə bağlı sadəcə klubunuza məktub ünvanlandısa, Vaqif Cavadov bir illik yığmadan kənarlaşdırıldı. Bu qərara münasibətiniz necədi?
- Vaqif bir çox oyunlarda yaxşı təsir bağışlamışdı. Komandaya xeyir verirdi. Foqts, onu üç ildi daimi yığmaya çağıran baş məşqçidi. Düzdü, hərdən baş məşqçiylə futbolçu arasında anlaşılmazlıqlar olur. Bunu çox böyütməyə gərək yoxdu. Sadəcə, ortaq məxrəcə gəlmək lazımdı.