21 oktyabr 2011 00:56
Sadıqov Lippinin yolunu gözləyir
Rusiyanın “Anji” klubu yeni baş məşqçisinə qovuşmağa yaxındı. Azerisport.az xəbər verir ki, millimizin sabiq çalışdırıcısı Vaqif Sadıqovun çalışdığı Mahaçqala klubu italiyalı mütəxəssis Marçello Lippiylə anlaşmaq üzrədi.
Rusiya klubu sözügedən təcrübəli mütəxəssisin ilinə 3,5 milyon avroluq müqavilə təklif edib. Lakin hələlik danışıqlar tam yekunlaşmayıb.
İtaliya yığmasının sabiq baş məşqçisinin Mahaçqalaya Marko Materatsini də gətirməsi gözlənilir. Lippinin gəlişindən sonra həmyerlimizin “Anji”də qalıb-qalmayacağı isə sual altındadı.
