21 oktyabr 2011 01:11
Çempionlar Liqasında həftənin qolu (VİDEO)
Bu həftə keçirilən UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunun oyunlarında vurulan ən yaxşı qol müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu, G qrupunda oynanılan “Şaxtyor” (Donetsk, Ukrayna) – “Zenit” (Rusiya) matçında qonaqların futbolçusu Viktor Fayzullinin 60-cı dəqiqədə vurduğu möhtəşəm qoldu. Hansı ki, məhz bu qolla qarşılaşmanın yekun nəticəsi müəyyənləşdi – 2:2.
