21 oktyabr 2011 01:18
UEFA Trabzonspora xəbərdarlıq etdi
UEFA Türkiyənin Çempionlar Liqasındakı yeganə təmsilçisi olan "Trabzonspor"a xəbərdarlıq edib. Azerisport.az xəbər verir ki, buna Çempionlar Liqasınınn qrup mərhələsinin ikinci turunda Fransanın "Lille" klubu ilə ev oyununda yerli azarkeşin meydana çıxması səbəb olub.
Bu məsələ ilə bağlı klubun düşərgəsinə xəbərdarlıq məktub göndərən UEFA, belə halın bir daha təkrarlanacağı təqdirdə komandaya ciddi sanksiya tətbiq ediləcəyini bildirib. Xatırladaq ki, 1:1 hesabı ilə başa çatan "Trabzonspor" - "Lille" matçında bir yerli azarkeş meydana daxil olaraq oyunun gedişinə mane olmuşdu. Klub rəhbərliyi isə həmin azarkeşin kimliyini müəyyənləşdirib və onun nə “Trabzonspor”un oyunlarına, nə də məşqlərinə gəlməsinə imkan verəcək.
Maraqlıdı ki, eyni hal “Trabzonspor”un bu həftə oynanılan CSKA ilə səfər matçında da (0:3) yaşanmışdı.
