21 oktyabr 2011 14:05
Xəzər Lənkəran Bakıya məğlub olacaq
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Premyer Liqanın 10-cu turunun “Bakı” – “Xəzər Lənkəran” matçı necə bitəcək” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyini təqdim edirik.
Beləliklə, sorğuya qatılanların böyük əksəriyyəti bu görüşdə “Bakı”nın qələbə qazanacağına inanır. Respondentlərin 47 faizi məhz paytaxt klubunun qələbəsini proqnozlaşdırdığını bildirib.
“Xəzər Lənkəran”ın qələbə qazanacağına isə sorğuya qatılanların 42 faizi səs verib. Yerdə qalan 11 faiz isə heç-heçə olacağını düşünür.
