21 oktyabr 2011 14:21
Neftçi Gəncəyə yollandı
Futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turunda "Kəpəz"lə qarşılaşacaq "Neftçi" artıq Gəncəyə yola düşüb. Azerisport.az xəbər verir ki, komanda üzvləri bu gün oyunun keçiriləcəyi stadionda son məşqinə çıxacaq.
Qeyd edək ki, oktyabrın 22-də Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Neftçi" matçı saat 15:00-da start götürəcək.
