21 oktyabr 2011 15:06
Elxan Abdullayev: Rəvanla oyunda qələbə qazanmağa borcluyuq
AZAL-ın baş məşqçisi Elxan Abdullayev Premyer Liqanın 10-cu turunun “Rəvana”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bizim növbəti rəqibimiz çox ciddi komandadı. Son üç turda çox güclü rəqiblərindən 7 xal almağı bacarıb. Bizdə isə vəziyyət əksinədi, komanda qara zolaqdadı. Bu oyunda nəhayət uğursuzluğa son qoymaq istəyirik. Beş oyundu artıq qələbə qazana bilmirik. Bu görüşdə qələbə qazanmağa borcluyuq. Yalnız bu halda qarşıdakı turlarda da işimizi yüngülləşdirmiş olarıq”.