21 oktyabr 2011 15:50
Deportivo azərbaycanlı futbolçunun problemini həll etdi (FOTO)
İspaniyanın “Deportivo Kastelyon” klubunun baş məşqçisi Xavyer Kabelyo bildirib ki, azərbaycanlı futbolçu Rizvan Umarovla bağlı problemi yoluna qoyublar. Azerisport.az xəbər verir ki, 19 yaşlılardan ibarət yığmamızın üzvü, artıq U-21-ə dəvət olunan futbolçumuz işçi vizası almaqda problemlə üzləşmişdi.
Eyni problemlə İspaniya klubunun digər yeni futbolçusu – Andrea Blinda da üzləşmişdi. Lakin yaxın iki həftə ərzində İspaniyanın müvafiq dövlət orqanlarının sözügedən oyunçuların problemin yola qoyacağı dəqiqləşib.
Umarovun “Deportivo Kastelyon”un heyətində debüt matçına çıxacağı oyun da müəyyənləşib. Bu, “Novelda” ilə qarşılaşmaya təsadüf edəcək.
Qeyd edək ki, “Deportivo Kastelyon” İspaniyanın üçüncü liqasında çıxış edir.
