21 oktyabr 2011 17:06
Yığmamızdan yeddi cavabsız qol (FOTOREPORTAJ)
Bu gün Olimpiya Yığmalarının Təlim-Məşq Mərkəzində 15 yaşadək qızlardan ibarət Azərbaycan yığması “Fidan” klubu ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 7:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Qolları Süsən Mənsimova (3 qol), Nurlanə Muradova, Məlahət Abbasova, Rövşanə Sərdarlı və Vüsalə Hacıyeva vurub.
