21 oktyabr 2011 17:48
“Rəqibin gücünü bilirik və qarşılaşmaya diqqətlə hazırlaşırıq”
“İnter”in gənc futbolçusu Elnur Abdulov “Qəbələ” ilə qarşıdakı matç barəsində fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Son matçlarda “Xəzər Lənkəran” və “Neftçi” kimi komandalara qalib gəlmək bizə müyəssər oldu. Çox istərdim ki, bu xoş qələbə seriyasını “Qəbələ” ilə matçda da davam etdirək. Rəqibin gücünü bilirik və qarşılaşmaya diqqətlə hazırlaşırıq. “Qəbələ” ilk növbədə fiziki hərəkətlərə istinadən baxımlı və sürətli futbol oynayır. Bizə çox çətin olacaq. Lakin “İnter”in də üstünlükləri var və biz onlardan istifadə etməyə çalışacağıq".