21 oktyabr 2011 17:26
Mirça Rednik: Kamran belə səhv buraxmamalıdı
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Premyer Liqanın 10-cu turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının paytaxt klubuyla heç-heçəyə razılaşdığı (2:2) oyundan sonra bunları dilə gətirib:
“Bir xala görə şadam. Amma eyni zamanda da iki xal itirdik. Bəzi oyunçularımıza daha diqqətli olmağı məsləhət görürəm. Çünki biz hələ çempion olmamışıq. Buraxdığımız ilk qola gəlincə, Kamran Ağayev belə səhvlərə yol verməməlidi. Bu, ona yaraşmır”.
