21 oktyabr 2011 17:34
Aleksandr Starkov: 2 xal itirən məhz biz olduq
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın 10-cu turunun “Xəzər Lənkəran”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının Lənkəran klubuyla heç-heçəyə razılaşdığı (2:2) oyundan sonra bunları dilə gətirib:
“Bu gün iki xal itirən tərəf məhz biz olduq. Qazonun vəziyyəti yaxşı oyun göstərməyə imkan verirdi. Maraqlı oyun alındı. Futbolçularımın layiqli mübarizə apardığını düşünürəm. Hətta azlıqda qalarkən də rəqib qapısına qol vurmaq şansımız oldu”.
