21 oktyabr 2011 18:04
Kuman Berti Foqtsa rəqib olur
Futbol üzrə Albaniya yığmasının yeni baş məşqçisi Ervin Kuman ola bilər. Azerisport.az xəbər verir ki, müqaviləsinin müddəti uzadılmayan Yosip Kujeyə əsas əvəzləyici gözüylə məhz bu mütəxəssisə baxılır.
Qeyd edək ki, Kuman Hollandiyanın “Feyenoord”, “Urecht” kimi klublarını, eləcə də Macarıstan yığmasını çalışdırıb. Kumanla yanaşı bu posta “Anderlecht”də çalışan Besnix Hasi də namizəd göstərilir.
Xatırladaq ki, Albaniya yığması millimizlə yoldaşlıq oyununa hazırlaşır. Azərbaycan millisi noyabrın 11-də Tiranada bu ölkə yığmasının qonağı olacaq.
