21 oktyabr 2011 18:28
“Mən qələbə qazanmağı sevirəm”
“Rəvan”ın baş məşqçisi Vladislav Qədirov Premyer Liqanın 10-cu turunun AZAL-la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Artıq neçə turdu uduzmuruq. Bu uğurlu seriyanı davam etdirmək istəyirik. Amma AZAL elə komandadı ki, bu, bizim üçün o qədər də asan olmayacaq. Həm də ona görə ki, rəqibimizin son oyunları bir qədər uğurlu alınmayıb. Ona görə də, “təyyarəçilər” də bizimlə oyuna yaxşı köklənməyə çalışacaqlar. Amma hər şeyə rəğmən, biz AZAL-la oyuna üç xal üçün çıxacağıq. Mən qələbə qazanmağı sevirəm. Ümid edirəm ki, sabah da müsbət nəticəyə nail olacağıq”.