21 oktyabr 2011 19:23
Ağayev: İstəməzdim ki, mənim səhvim nəticəyə təsir etsin
“Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev Premyer Liqanın 10-cu turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində, 2:2 hesabıyla başa çatan və buraxdıqları ilk qolda çox kobud səhvə yol verdiyi oyunla bağlı bunları dilə gətirib:
“Komandamın mənim səhvimdən qol buraxması çox üzücüdü. Uşaqlar sağ olsunlar ki, komandanı məğlubiyyətdən xilas etdilər, hesabı bərabərləşdirdilər. İstəməzdim ki, mənim səhvim bu görüşün nəticəsinə təsir göstərsin. Çünki bu oyunda qələbə qazanmaq istəyirdik. Amma yaxşı ki, heç olmasa 1 xal qazana bildik. Uduza da bilərdik”.