21 oktyabr 2011 19:18
Qurban Qurbanov: Uşaqlara demişdim ki...
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 10-cu turunun “Simurq”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı Zaqatalada 1:0 hesablı qələbə qazandıqları oyundan sonra bunları dilə gətirib:
“Burda hava kifayət qədər soyuq idi. Temperatur dəyişikliyi oyunumuza təsirsiz ötüşmədi. Meydan sahiblərinə qarşı oynamaq çox çətin idi. Çünki çox mobil komandaya malikdilər. Uşaqlara demişdim ki, ələ düşən real qol vəziyyətlərini boşa verməsinlər. Onlar da bu şanslardan birini dəyərləndirdilər. Fikrimcə, burda “Simurq”a qaşrı oynamaq hamıya çətindi”.
