21 oktyabr 2011 19:43
Sergey Yuran: Artıq özüm də yorulmuşam
“Simurq”un baş məşqçisi Sergey Yuran Premyer Liqanın 10-cu turunun “Qarabağ”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, rusiyalı mütəxəssis komandasının doğma meydanda 0:1 hesabıyla uduzduğu oyundan sonra bunları dilə gətirib:
"Artıq özüm də yorulmuşam, oyun boyu qol imkanlarından istifadə edə bilmirik. "Xəzər Lənkəran"la oyunda da belə oldu. Bugünkü qarşılaşmada cinah müdafiəçisinin səhvindən qapımızda qol gördük. Lakin, buna baxmayaraq, son dəqiqələrə qədər oynadıq. Təəssüf ki, qol imkanından istifadə edə bilmədik. Komandanın oyununda ümumilikdə razı qaldım. Qışda komandaya yeni oyunçunun transfer olunması klubun maddi durumundan asılı olacaq".
