22 oktyabr 2011 00:08
4 qol, 2 qırmızı, 10 sarı, hərəyə 1 xal və şou-Park
Futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turuna start verildi. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutdu ki, onların hər ikisi turnir cədvəlinin üst pillələrində heç də az əhəmiyyət daşımayan dəyişikliklərə səbəb oldu.
Hesabat turuna “Bakı” - “Xəzər Lənkəran” qarşılaşması ilə start verildi. Hər şeydən öncə onu qeyd edək ki, bu görüş nə qədər anormal olsa da, “Bakı"nın təlim-məşq bazasının stadionunda keçirilirdi. Çünki “zolaqlılar”ın ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunda təmir-tikinti işləri apardığından, “Bakı” da çıxış yolunu məhz öz bazasının təbii örtüklü meydançasında görmüşdü.
Bu oyun “Bakı” və “Xəzər Lənkəran”ın ölkə çempionatlarında 19-cu qarşılaşması idi. Bu oyuna kimi keçirilmiş görüşlərdə “Xəzər Lənkəran” 5, “Bakı” isə 4 dəfə meydandan qalib ayrılmışdı. 9 qarşılaşmada isə heç-heçə qeydə alınmışdı. “Xəzər Lənkəran” 17, “Bakı” isə 11 dəfə rəqib qapılarına yol tapa bilmişdi.
Ötən tur “Xəzər Lənkəran” doğma azarkeşləri önündə “Simurq”u, “Bakı” isə səfərdə “Sumqayıt Şəhər”i minimal hesabla məğlub etmişdi. Lənkəranlılar 22 xalla turnir cədvəlinin vahid lideridi idisə, ondan yeddi xal geridə qalan “Bakı” da dördüncü pillədə qərarlaşmışdı.”Xəzər Lənkəran” cari mövsümdə ən çox qol vuran və qapısından ən az qol buraxan komandalardan idi. Bu da cənub təmsilçisinin hücum xəttinin məhsuldarlığından və müdafiə xəttinin etibarlılığından xəbər verirdi. “Bakı”nın hücum xəttinin isə elə də məhsuldar olduğunu söyləmək olmazdı. Nə Aleksandr Starkovun böyük ümidlərlə gətirdiyi Maris Verpakovski, nə də elə “Xəzər Lənkəran”dan alınan Uinston Parks ümidləri doğruldurdu.
Amma məhz Parks bu oyunda nəhayət, keçmiş günlərini yada saldı. Özü də keçmiş komandasıyla oyunda. Düzdü, hesabı qonaqlar açdılar. Cərimə zərbəsi zamanı Eder Bonfimin qapıya göndərdiyi topu Marko Şarliya kobud səhvə yol verməklə tuta bilmədi və hesab açıldı. İlk yarı elə bu hesabla bitdi. Lakin fasilədən sonra təzyiqi artıran meydan sahibləri məğlubiyyətdən xilas ola bildilər. Onları da rəqib qapıçı – Kamran Ağayev sevindirdi. Məhz millimizin qolkiperinin gözlənilməz və kobud səhvi keçmiş oyundaşı Parksın “Xəzər Lənkəran”ı cəzalandırmasıyla nəticələndi. Az keçməmiş o, daha bir qol vurmaqla bu oyunun qəhrəmanına çevrilmiş oldu.
Məhz onun ikinci qolundan sonra gözləmək olardı ki, “Bakı” lider üzərində qələbə qazanacaq. Amma az sonra “zolaqlılar”ın kapitanı Cəmşid Məhərrəmovun ikinci sarı vərəqə ilə meydandan qovulması paytaxt təmsilçisini çətin vəziyyətə saldı. Bundan yararlanan “Xəzər Lənkəran” tezliklə hesaba tarazlıq gətirdi. Özü də yenə Marko Şarliyanın kobud səhvi nəticəsində. Qarşılaşma elə 2:2 hesabıyla da başa çatdı.
Bu oyuna Parksın keçmiş klubuyla oyunda dubla imza atmasıyla yanaşı, 3 kobud qapıçı səhvi damğasını vurdu. Xüsusilə, Starkovun israrla Şarliyaya şans verməsi ona baha başa oturdu. Halbuki, “Bakı”da Xalidu Sissoko kimi, həmçinin millimizin üzvü Aqil Məmmədov kimi çərçivə qoruyucuları da var və onların da xidmətindən yararlanmaqla əla rəqabət yaratmaq olar.
“Bakı” – “Xəzər Lənkəran” matçında daha bir diqqət çəkən məqam baş hakim Fariz Yusifovun vərəqələri sağa-sola paylaması oldu. Qarşılaşmanın gərgin və maraqlı keçməsi tez-tez qayda pozuntularına və kobudluqlara da gətirib çıxarırdı. Məhz bu üzdən də FİFA referisi düz 12 dəfə əlini cibinə atmalı oldu. Onlardan ikisi də qırmızı oldu.
Ötən tur səfərdə “Xəzər Lənkəran”nın qonağı olan “Simurq” məğlub olsa da, göstərdiyi baxımlı oyunu ilə yadda qalmışdı. Zaqatala təmsilçisi bu tur daha bir güclü rəqib – “Qarabağ” ilə qarşılaşırdı. Zaqatala şəhər stadionunda keçirilən oyun “Simurq” və “Qarabağ”ın 11-ci qarşılaşması idi. Bu oyuna kimi keçirilmiş qarşılaşmalarda 4 dəfə “Simurq”, 2 dəfə “Qarabağ” qalib gəlmişdi. 4 qarşılaşma isə bərabərliklə başa çatmışdı. Bir sözlə, hazırda təhlükəli rəqibə çevrilən Zaqatala təmsilçisi tarixin yaddaşına köçmüş oyunlarda da bu rəqibi üçün əsl başağrısı olmuşdu.
Ötən tur səfərdə “Rəvan”ın qonağı olan “Qarabağ” oyunun son saniyələrində buraxdığı qol ilə qələbəni əldən vermişdi. Turnir cədvəlinin liderindən 8 xal geridə qalan “Qarabağ” “Simurq” üzərində qələbə qazanaraq ötən turdakı xal itkisini unutmaq istəyirdi. Gərgin keçən qarşılaşmada Ağdam təmsilçisi istəyinə nail oldu. Rauf Əliyevin yeganə qolu Ağdam klubunu ikinci etdi.
Premyer Liqa
10-cu tur
Bakı - Xəzər Lənkəran - 2:2 (0:1)
Qollar: E.Bonfim, 25 (0:1), U.Parks, 62 (1:1), U.Parks, 65 (2:1), D.Rusiç, 77 (2:2).
Vərəqələr: Uinston Parks, 30 (fitdən sonra topa zərbə), Cəmşid Məhərrəmov, 40 (rəqibi əl ilə tutub saxladığına görə); 73 (rəqibi əl ilə tutub saxladığına görə), Elvin Əliyev, 42 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə), Novruz Məmmədov, 89 (qeyri-idman hərəkəti) - Katalin Doman, 3 (simulyasiya), Antonio Semedo, 33 (düşünmədən rəqibə zərbə), Elnur Allahverdiyev, 65 (perspektivli hücumun qarşısını aldığına görə), Alim Qurbanov, 86 (qeyri-idman hərəkəti); 90+3 (rəqibə qarşı badalaq) – sarı:Cəmşid Məhərrəmov, 73 (rəqibi əl ilə tutub saxladığına görə) - Alim Qurbanov, 90+3 (rəqibə qarşı badalaq) – qırmızı.
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Mehman Mahmudov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Əziz Əliyev.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
21 oktyabr 2011. "Bakı" FK-nın təlim-məşq bazasının stadionu. 1000 tamaşaçı.
Bakı: 1. Marko Şarliya, 3. Denis İvanov, 6. İbrahim Karqbo, 8. Junior Xavyer Vilson, 14. Elvin Əliyev, 15. Cəmşid Məhərrəmov (k), 21. Novruz Məmmədov, 30. Maris Verpakovski, 36. Uinston Parks (20. Fabio Luis Ramin, 73), 77. Aleksandar Soliç (4. Vadim Boret, 80), 99. Rəhman Hacıyev (7. Deyvidas Çesnauski, 60).
Ehtiyat oyunçular: 23. Xalidu Sissoko, 11. Elvin Məmmədov, 25. Şəhriyar Əliyev, 29. Əziz Quliyev.
Baş məşqçi: Aleksandr Starkov.
Xəzər Lənkəran: 1. Kamran Ağayev (k), 2. Elnur Allahverdiyev, 7. Katalin Doman (18. Alim Qurbanov, 70), 8. Eder Bonfim, 10. Elnur Abdullayev, 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev, 15. Emeka Opara (9. Branimir Subaşiç, 75), 16. Adrian Pit, 22. Antonio Semedo, 84. Julius Vobay (33. Dejan Rusiç, 70).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 17. Zahid Quliyev, 23. Şəhriyar Xəlilov, 32. Mario Rosas.
Baş məşqçi: Mirça Rednik.
Simurq - Qarabağ - 0:1 (0:0)
Qol: Rauf Əliyev, 61.
Мərəqələr: Vidas Alunderis, 23 (qeyri-idman hərəkəti) -Rauf Əliyev, 63 (qeyri-idman hərəkəti),Maksim Medvedev, 76 (qeyri-idman hərəkəti),İlqar Qurbanov, 90+2 (oyunun vaxtını uzatdığına görə) - sarı.
Hakimlər: Elnur Muradov, Coşqun Həsənov, İsgəndər Əliyev, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Hakim-inspektor: Əli Hüseynov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
21 oktyabr 2011. Zaqatala şəhər stadionu. 2000 tamaşaçı.
Simurq: 32. Adnan Hodziç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 79. Vidas Alunderis, 13. Aleksandr Şemonayev, 6. Mikayıl Rəhimov (77. Daniel Genov, 69), 28. Yevgeni Şmakov, 4. Vasili Yanotovski, 8. Qərib İbrahimov, 14. Andrey Rubin (10. Tofiq Mikayılov, 56), 21. Kristap Qrebis (11. Robertas Poşkus, 46).
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 9. Əli Bağırov, 17. Rüstəm Məmmədov, 15. Anar Həsənli.
Baş məşqçi: Sergey Yuran.
Qarabağ: 99. Boyan Pavloviç, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 11. Rauf Əliyev (9. Bəxtiyar Soltanov, 73), 14. Rəşad Sadıqov, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya (18. İlqar Qurbanov, 80) 88. Leonardo Roşa (23. Tural İsgəndərov, 86).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 4. Zaur Həşimov, 16. Təmkin Xəlilzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Turun qalan görüşləri bu gün və sabah keçiriləcək: 22 oktyabr - AZAL - Rəvan, Kəpəz – Neftçi, 23 oktyabr - Turan - Sumqayıt Şəhər, İnter - Qəbələ.
|
1
|
Xəzər Lənkəran
|
10
|
7
|
2
|
1
|
16-7
|
23
|
|
2
|
Qarabağ
|
9
|
5
|
2
|
2
|
11-6
|
17
|
|
3
|
İnter
|
9
|
5
|
2
|
2
|
7-5
|
17
|
|
4
|
Bakı
|
10
|
4
|
4
|
2
|
11-8
|
16
|
|
5
|
Neftçi
|
8
|
5
|
0
|
3
|
11-6
|
15
|
|
6
|
Qəbələ
|
9
|
4
|
2
|
3
|
11-10
|
14
|
|
7
|
Kəpəz
|
9
|
3
|
2
|
4
|
14-15
|
11
|
|
8
|
Rəvan
|
9
|
2
|
4
|
3
|
11-12
|
10
|
|
9
|
AZAL
|
9
|
2
|
4
|
3
|
10-12
|
10
|
|
10
|
Simurq
|
10
|
2
|
2
|
5
|
7-12
|
8
|
|
11
|
Turan
|
9
|
2
|
1
|
6
|
7-13
|
7
|
|
12
|
Sumqayıt Şəhər
|
9
|
0
|
3
|
6
|
3-13
|
3
|
Bombardirlər:
4 - Ceyhun Sultanov, Yuri Fomenko (Kəpəz), Sergey Artyux (Turan), Dodo (Qəbələ)
3 - Emeka Opara (Xəzər Lənkəran), Bahodir Nasimov (Neftçi), Georgi Adamiya (Qarabağ).
