22 oktyabr 2011 00:15
Millimizin üzvü oynadı, Volqa məğlub oldu
Azərbaycan U-19 yığmasının üzvü Şamil Qurbanov Rusiyanın “Volqa” klubunun əvəzedicilərinin heyətində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, o, “Krasnodar”la ev oyununun iştirakçısı olub.
Baş məşqçi Maqomed Adiyev millimizin müdafiəçisinə bu dəfə də ilk dəqiqələrdən şans verib. Həmişəki kimi, Qurbanov bu matçı da əvəzedilmədən keçirib.
Qarşılaşmaya gəlincə, Nijni Novqorod təmsilçisi bu dəfə gözlənilməz yenilgiylə üzləşib. Əsas komandadan fərqli çox inamlı çıxışı ilə diqqət çəkən və turnir cədvəlinin üst pillələrində qərarlaşan “Volqa”nın əvəzediciləri autsayderlə dueldə 2 cavabsız qola üzülüblər. Qonaqların qolları 55 və 85-ci dəqiqələrə təsadüf edib.
Qurbanov da məhz 85-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, “Volqa”nın əsas heyətində Azərbaycanın əsas millisindən 1 illiyə uzaqlaşdırılan Vaqif Cavadov da forma geyir.
