22 oktyabr 2011 00:12
Dünya bu "sehirli toxunuş"dan danışır (FOTO, VİDEO)
UEFA Çempionlar Liqasının E qrupunda yer alan İngiltərənin “Chelsea” klubu bu həftə Belçika “Genk”ini qəbul etdi. Azerisport.az xəbər verir ki, ingilislərin 5:0 hesablı qələbəsiylə başa çatan görüşdə bu kluba gələndən bəri ciddi tənqidlərə məruz qalan, çox təsadüfi hallarda qol vura bilən ispaniyalı hücumçu Fernando Torres dubla imza atmaqla hər kəsi təəccübləndirdi. Lakin sən demə daha təəccüblü olan hal bu oyundan öncə qeydə alınıb. Belə ki, qarşılaşmanın startı ərəfəsində komanda yoldaşı David Luis ona “sehirli toxunuş” etməklə sanki uğurunun əsasını qoyub.
