22 oktyabr 2011 18:58
AZAL uduzdu, Neftçi yenə xal itirdi (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu turun növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə də 2 görüş baş tutub.
Son çempion “Neftçi” səfərdə “Kəpəz”in qonağı olub. Qarşılaşmada hesabı meydan sahibləri açıb. Amma ölkə çempionu yenilgidən qaça bilib. AZAL isə qələbə həsrətinə “Rəvan”la paytaxt derbisində son qoymağa çalışsa da, heç xal da qazana bilməyib.
Premyer Liqa
10-cu tur
22 oktyabr (şənbə)
AZAL - Rəvan - 1:2 (1:1)
Qollar: Miloş Zeçeviç, 27 (0:1), Elşən Məmmədov, 35 (1:1), Ekrem Hodziç, 88 (1:2)
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Namiq Hüseynov, Alik Yunusov.
Bakı. AZAL Arena.
Oyun başladı
Hər iki komanda ərazi üstünlüyünü ələ keçirməyə çalışır
"Rəvan" daha çox asmalara üstünlük versə də, hələ ki, alınmır
Artıq meydanda açıq oyun gedir
Xəlilov qonaqların qapıçısı ilə üz-üzə qalsa da, topu qapıdan keçirə bilmir
Con Pelu da AZAL-ın qapıçısıyla mübarizədən məğlub ayrılır
Əvəzində Miloş Zeçeviç Pelunun bacarmadığını edir və hesabı açır - 0:1
Elşən Məmmədov komandasının cavab qolunu vurur - 1:1
Axundov AZAL-ı önə keçirməyə yaxın olsa da, dəqiq oynamır
Klaudineyin fərqlənməsinə Həsənzadə mane olur
İlk yarı başa çatdı
İkinci hissə başladı
Xəlilov yenə rəqib qapıçı ilə təkbətək mübarizədən məğlub ayrılır
AZAL ikinci hissəyə rəqibə nisbətən daha fəal başlayıb
"Rəvan"ın futbolçuları 2 epizodda hakimdən penalti tələb etsələr də, o, fərqli qərar qəbul edir
Zeçeviç sarı vərəqə alır
AZAL-dan daha bir təhlükəli hücum, yenə Xəlilov əlverişli vəziyyəti boşa verir
Xəlilovun uzaqdan zərbəsi dəqiq alınmır
Rəvan əks-hücumlara bel bağlasa da, bunu sürətli həyata keçirə bilmir
Ekrem Hodziç komandasını yenidən hesabda önə keçirir - 1:2
Matç başa çatdı
Kəpəz - Neftçi - 1:1 (1:0)
Qollar: Milan Antiç, 20 (1:0), Fərid Quliyev, 47 (1:1).
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Ramil Diniyev.
Gəncə. Şəhər stadionu.
Oyun başladı
"Kəpəz" ilk dəqiqələrdən daha fəaldı
Ceyhun Sultanovun uzaqdan zərbəsi dəqiq alınmır
Qarşılıqlı hücumlar davam etsə də, hələ qapılar qarşısında ciddi təhlükə yaranmayıb
"Neftçi" oyunda bərabərlik yaratmağa çalışır
Milan Antiç qonaqların qapısına yol tapır - 1:0
"Neftçi" hesabı bərabərləşdirməyə çalışır. Abdullayevin uzaqdan qapıya yol tapmaq cəhdi uğursuz alınır
"Kəpəz" isə inamla müdafiə olunub, əks-hücumlara bel bağlayır
Flavinyonun zərbəsi qapıçıda qalır
Azər Məmmədov Flavinyoya qarşı kobud oynadı və sarı vərəqə aldı
Sultanovun zərbəsi dəqiq alınmır
"Neftçi"dən Cavid Hüseynov fərqlənsə də, Anar Salmanov ofsayd qərarı verib, qolu qeydə almadı
Fomenkonun zərbəsi tirdən dönür
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Fərid Quliyev hesaba tarazlıq gətirir - 1:1
Quliyev daha bir qol vurmağa yaxın olsa da, yararlana bilmir
Sultanovun fərqlənməsinə qonaqlar imkan vermirlər
"Neftçi" artıq daha çox hücum etməyə başlayıb
Fomenkonun zərbəsi qapıdan aralı keçir
Quliyev yenə diqqət mərkəzinə düşsə də, zərbəsi qapının üstündən keçir
C.Sultanov zədələnir
Matç başa çatdı
Qeyd edək ki, turun iki oyunu dünən keçirilmişdi: Bakı - Xəzər Lənkəran – 2:2, Simurq – Qarabağ – 0:1. Qalan qarşılaşmalar isə sabah keçiriləcək: Turan - Sumqayıt Şəhər, İnter - Qəbələ.
|
1
|
Xəzər Lənkəran
|
10
|
7
|
2
|
1
|
16-7
|
23
|
|
2
|
Qarabağ
|
9
|
5
|
2
|
2
|
11-6
|
17
|
|
3
|
İnter
|
9
|
5
|
2
|
2
|
7-5
|
17
|
|
4
|
Neftçi
|
9
|
5
|
1
|
3
|
12-7
|
16
|
|
5
|
Bakı
|
10
|
4
|
4
|
2
|
11-8
|
16
|
|
6
|
Qəbələ
|
9
|
4
|
2
|
3
|
11-10
|
14
|
|
7
|
Rəvan
|
10
|
3
|
4
|
3
|
13-13
|
13
|
|
8
|
Kəpəz
|
10
|
3
|
3
|
4
|
15-16
|
12
|
|
9
|
AZAL
|
10
|
2
|
4
|
4
|
11-14
|
10
|
|
10
|
Simurq
|
10
|
2
|
2
|
5
|
7-12
|
8
|
|
11
|
Turan
|
9
|
2
|
1
|
6
|
7-13
|
7
|
|
12
|
Sumqayıt Şəhər
|
9
|
0
|
3
|
6
|
3-13
|
3
|
Bombardirlər:
4 - Ceyhun Sultanov, Yuri Fomenko (Kəpəz), Sergey Artyux (Turan), Dodo (Qəbələ)
3 - Emeka Opara (Xəzər Lənkəran), Bahodir Nasimov (Neftçi), Georgi Adamiya (Qarabağ).
